XV Avropa Gənclər Olimpiya yarışlarının üçüncü günündə

23 İyul 2019 10:50

Xəbər 580 dəfə oxunub

İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü günündə Azərbaycan pəhləvanları mübarizəyə uğurla başlayıblar.Azərtac xəbər verir ki, yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvlərindən yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq) təsnifat mərhələsində yunanıstanlı Fotios Bukisi 7:0, Elmir Əliyev (51 kq) isə səkkizdəbir finalda norveçli Kristoffer Andreseni 8:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.Sərbəst güləş yarışlarında isə səkkizdəbir finalda mübarizə aparan Cəbrayıl Hacıyev (65 kq) gürcüstanlı Davit Patsinaşvilini 13:3, Kənan Heybətov (51 kq) ukraynalı İvan Terzini 12:2 hesabla məğlubiyyətə uğradıblar.Qadın güləşi üzrə isə səkkizdəbir finalda Nigar Mirzəzadə (65 kq) almaniyalı Mari Trautmana (8:0) qalib gəlib.Bu yarışlardakı digər təmsilçilərimiz Elnurə Məmmədova (53 kq) səkkizdəbir finalda macarıstanlı Flora Vizi, Birgül Soltanova (57 kq) isə rusiyalı Dariya Manuil qarşılaşacaqlar.Güləş yarışları davam edir.xeber100.com