XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları başa çatıb

27 İyul 2019 16:03

Xəbər 581 dəfə oxunub

Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışları başa çatıb.Azərtac xəbər verir ki, kişi gimnastların turnikdə yarışlarında 13,366 xalla Ukrayna gimnastı İlya Kovtun qızıl medal qazanıb. Fransa təmsilçisi Lukas Desanj 13,233 xalla yarışı ikinci, italiyalı İvan Brunello isə 13,200 xalla üçüncü pillədə başa vurublar.Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparıblar.xeber100.com