XV Xəzər kuboku beynəlxalq turniri keçiriləcək

19 Yanvar 2017 12:06

Xəbər 706 dəfə oxunub

Yanvarın 20-28-də İranın Rəşt şəhərində şahmat üzrə XV Xəzər kuboku beynəlxalq turniri keçiriləcək.Azərtac xəbər verir ki, yarışda ölkəmizi Qədir Hüseynov və Ülvi Bacarani təmsil edəcəklər.İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 13 ölkədən 88 şahmatçı birincilik uğrunda mübarizə aparacaq.xeber100.com