Bakı Dövlət Universitetində (BDU) XVI Bakı yapon dili natiqlik müsabiqəsi təşkil olunub.Azərtac xəbər verir ki, müsabiqədə tələbələrlə yanaşı, orta məktəb şagirdləri də iştirak ediblər.Müsabiqə ilə əlaqədar keçirilən tədbirdə BDU-nun rektoru A.Məhərrəmov bildirib ki, universitetin təhsil sahəsində əməkdaşlıq etdiyi ölkələr arasında Yaponiya xüsusi əhəmiyyət daşıyır. Yapon dili və ədəbiyyatı Azərbaycanda ilk dəfə BDU-da tədris edilməyə başlayıb. Eləcə də BDU ilə Yaponiyanın Qunma Universiteti arasında tələbə mübadiləsi haqqında müqaviləyə əsasən 15 azərbaycanlı gənc bu ölkədə təcrübə keçib.Rektor universitetdə hazırda 100-dək tələbənin yapon dilində təhsil aldığını diqqətə çatdırıb.Vurğulanıb ki, Azərbaycanda yapon dilinin tədris olunduğu orta məktəblər də var.Müsabiqənin qalibləri növbəti yarışmaya qatılmaq üçün Rusiyanın paytaxtı Moskvaya, sonra isə Yaponiyaya səfər edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…