Aprelin 1-də “Landmark Rotunda” binasında Azərbaycanda Frankofoniya bayramına həsr edilmiş XVII Beynəlxalq Uşaq Şahmat Turnirinə start veriləcək.Yarışda 8 ölkəni – Azərbaycan, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Serbiya, Şotlandiya və Qazaxıstanı təmsil edən 50-dən çox şahmatçı iştirak edəcək.“Gənclik” şahmat klubunun direktoru , Azərbaycanın Əməkdar məşqçisi Gennadi Gelmanın Azərtac-a verdiyi məlumata görə, turnir İsveçrə sistemi üzrə keçiriləcək və 7 turdan ibarət olacaq.Turnirin əsas mükafatı Fransaya səfər vəsiqəsidir. Yarışların sponsorları “BESTCOMP GROUP”, “Bakcell”, “Softline”, “Kfart Heinz” şirkətləri və “Araz” supermarketlər şəbəkəsidir, turnir iştirakçılarının qidalanmasını “МасDonalds” şirkəti təşkil edəcək.Azərbaycan Şahmat Federasiyasının köməyi ilə təşkil edilən bu yarışlar Azərbaycanda Frankofoniya həftəsi bayramı çərçivəsində keçirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…