XVIII turun daha iki matçına hakim təyinatları açıqlanıb

2 Mart 2021 11:47

Xəbər 528 dəfə oxunub

Futbol üzrə Azərbaycan çempionatının XVIII turunun daha iki matçına hakim təyinatları açıqlanıb.Azərtac Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, martın 3-də keçiriləcək “Sumqayıt” – “Zirə” oyununu İnqilab Məmmədov idarə edəcək. Turun sonuncu – “Neftçi” – “Sabah” matçında isə baş hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.Qeyd edək ki, XVIII turun ilk iki oyunu bu gün keçiriləcək. “Səbail” öz meydanında “Keşlə”, lider “Qarabağ” isə “Qəbələ” klubu ilə qarşılaşacaqlar. Həmin oyunları müvafiq olaraq, FIFA referiləri Əliyar Ağayev və Kamal Umudlu idarə edəcəklər.xeber100.com