Təhsil Nazirliyinin təşəbbüsü ilə Community.az portalı “Məktəb icmaları” layihəsi çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirib. Nazirlikdən Azərtac-a bildiriblər ki, tədbirdə valideynlər, məktəb psixoloqları və müəllimlər iştirak ediblər. Seminarın keçirilməsinin əsas məqsədi valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır. Çıxış edənlər uşaqların sağlam və təhlükəsiz böyüməsi üçün valideynlər tərəfindən övladlarının sosial şəbəkələrdən düzgün istifadəsinə nəzarət olunmasının vacibliyini vurğulayıblar. Almaniyanın Psixoloqlar Assosiasiyasının üzvü, Berlin şəhəri “Ailə və təhsil” mərkəzinin müşaviri Qalina Heinzelmann mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Sonra müzakirələr aparılıb. Layihə “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Baker Tilly Azərbaycan” MMC tərəfindən dəstəklənir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…