XXI əsrin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb

23 Fevral 2021 11:42

Xəbər 540 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası XXI əsrin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, sıralamada beynəlxalq oyunlarda ən çox qol vuran 13 futbolçu yer alıb.İlk pillədə “Yuventus” və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yer alıb. Otuz altı yaşlı hücumçu 246 qol vurub.Argentina yığmasının və “Barselona”nın futbolçusu Lionel Messi ikinci, Polşa millisinin və “Bavariya”nın oyunçusu Robert Levandovski isə üçüncü pillədə qərarlaşıblar.xeber100.com