XXI dünya çempionatının final mərhələsinin sonuncu oyununda

4 İyul 2018 11:07

Xəbər 559 dəfə oxunub

İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonuncu oyununda İngiltərə və Kolumbiya milliləri qarşılaşıblar.Azərtac xəbər verir ki, Moskvadakı “Spartak” stadionunda keçirilən matçda 11 metrlik cərimə zərbələri seriyasında qalib gələn İngiltərə millisi dörddəbir finala sonuncu vəsiqənin sahibi olub.Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində qapılara top vurulmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.Matçın ikinci hissəsində “dumanlı albion” təmsilçiləri hesabı açıblar. Görüşün 57-ci dəqiqəsində Kolumbiya millisinin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Harri Keyn mundialda altıncı qoluna imza atıb – 1:0.Lakin İngiltərə millisi bu üstünlüyü oyunun sonunadək qoruyub saxlaya bilməyib. Matçın əsas vaxtına əlavə edilən hissənin 3-cü dəqiqəsində (90+3) Yerri Mina hesabı bərabərləşdirib – 1:1.Görüşün əsas vaxtı heç-heçə başa çatdığından qalibi müəyyənləşdirmək üçün təyin olunan 15 dəqiqəlik iki əlavə hissədə də hesab açılmayıb. On bir metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən (4:3) İngiltərə yığması dörddəbir finala sonuncu vəsiqənin sahibi olub.İngilislər dörddəbir finalda İsveç yığması ilə qarşılaşacaqlar. Yarımfinala vəsiqə uğrunda digər oyunlarda Uruqvay millisi Fransa yığması ilə, Rusiya Xorvatiya ilə, Braziliya isə Belçika millisi ilə qarşılaşacaq.Xatırladaq ki, səkkizdəbir final mərhələsinin ilk oyununda Fransa millisi argentinalıları məğlub edib (4:3), Uruqvay isə Portuqaliya yığmasından üstün olub (2:1). Bu mərhələnin ən gözlənilməz nəticəsi ev sahibi Rusiyanın İspaniya millisini mübarizədən kənarlaşdırması olub. Oyunun əsas vaxtı və əlavə olunmuş dəqiqələrdə hesab bərabər olduğundan (1:1) qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını ruslar daha dəqiq yerinə yetiriblər – 4:3. Xorvatiya-Danimarka oyununda da əsas vaxtda qalib müəyyənləşmədiyindən (1:1) Balkan təmsilçiləri 11 metrlik cərimə zərbələri seriyasını dəqiq yerinə yetirərək (3:2) dörddəbir final mərhələsinə vəsiqə qazanıblar. Braziliya yığması Meksika millisinə (2:0), Belçika isə Yaponiyaya (3:2) qalib gələrək dörddəbir finala yüksəliblər.Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02