XXI dünya çempionatının VII günündə…

20 İyun 2018 11:14

Xəbər 584 dəfə oxunub

İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII günündə səkkizdəbir finalın daha üç iştirakçısı müəyyənləşə bilər.Azərtac xəbər verir ki, gün ərzində keçiriləcək oyunlarda “A” qrupunda yer alan komandalardan Uruqvay və Səudiyyə Ərəbistanı yığmaları üz-üz gələcəklər. “B” qrupunda isə Portuqaliya-Mərakeş və İran-İspaniya görüşləri keçiriləcək.Dünya çempionatının yeddinci gününə saat 16:00-da Moskvadakı “Lujniki” stadionunda başlayacaq Portuqaliya-Mərakeş oyunu ilə start veriləcək. Portuqaliya ilk turda İspaniya yığması ilə heç-heçə (3:3) edib. Mərakeş isə son dəqiqələrdə buraxdığı avtoqolla İran yığmasına minimal hesabla məğlub olub. İspaniya ilə oyunda het-trik edən Kriştiano Ronaldo çempionatda bombardir olmaq üçün bu görüşdə mümkün qədər çox qol vurmağa çalışacaq.Dünya çempionatlarında ilk qələbəsini 1986-cı ildə Portuqaliya üzərində qazanan (1:0) Mərakeş yığması növbəti mərhələyə yüksəlmək üçün bu uğuru təkrarlamalıdır. Lakin bu dəfə Şimali Afrika təmsilçisinin şansları çox azdır. Mərakeş yığması indiyədək qatıldığı dörd dünya çempionatında keçirdiyi 14 görüşün yalnız ikisində qalib gəlib.“A” qrupunda Rusiyanın iki qələbə qazanaraq 6 xalla səkkizdəbir finala yüksəlməsindən sonra bu qrupun favoriti sayılan Uruqvayın da Səudiyyə Ərəbistanını məğlub edərək növbəti mərhələyə çıxmaq şansları böyükdür. Bu komandalar ilk dəfədir üz-üzə gəlirlər. “Rostov Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Görüşü fransalı referi Klemen Turpin idarə edəcək.Günün saat 22:00-da başlayacaq üçüncü görüşündə hazırda “B” qrupuna liderlik edən İran yığması ilə İspaniya millisi “Kazan Arena”da qarşılaşacaqlar. İlk turda Mərakeş üzərində vacib üç xal qazanan İran qrupdan çıxmaq şanslarını qorumaq üçün bu görüşdə ən azı heç-heçə etməlidir. Birinci turda Portuqaliya ilə heç-heçədən sonra ispaniyalılar səkkizdəbir finala çıxmaq şanslarını yaxşılaşdırmaq üçün 3 xalla qrupa liderlik edən İran millisini mütləq məğlubiyyətə uğratmalıdırlar.Portuqaliya – Mərakeş oyunu saat 16:00-da İdman Azərbaycan və İctimai Televiziya vasitəsilə birbaşa yayımlanacaq. Azərbaycanlı idmansevərlər Uruqvay – Səudiyyə Ərəbistanı qarşılaşmasına saat 19:00-da İdman Azərbaycan kanalında baxa biləcəklər. İran-İspaniya görüşü isə saat 22:00-da İctimai Televiziya və İdman Azərbaycan kanallarında tamaşaçılara təqdim olunacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02