İyulun 9-da İstanbulda XXII Dünya Neft Konqresi işə başlayıb. Dövlət və hökumət başçılarının, enerji nazirlərinin, dünyanın aparıcı neft və qaz şirkətləri rəhbərlərinin, nüfuzlu ekspertlərin təmsil olunduğu forum dünya enerji təchizatının gələcəyi mövzusuna həsr olunub.SOCAR-dan Azərtac-a bildiriblər ki, konqresin rəsmi açılışında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ-ın dövlət katibi Reks Tillerson və başqaları çıxış ediblər. İştirakçılar Dünya Neft Konqresinin əhəmiyyətindən danışıb, Türkiyədə keçirilən XXII konqresin yüksək peşəkarlıqla təşkil olunduğunu vurğulayıblar. İstehsalçı və istehlakçı ölkələr arasında açıq dialoq üçün platforma rolunu oynayan konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcılara təhlükəsiz çatdırılması və digər məsələlər diqqət mərkəzində olacaqdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…