Oktyabrın 7-də İstanbulda öz işinə başlayan XXIII Avrasiya İqtisadi Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin türk millətinə mesajının oxunması ilə açıq elan edilib.Azərtac xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan toplantı onlayn formatda baş tutub.Dünyanın 45 ölkəsinin qatıldığı görüşdə açılış nitqi ilə çıxış edən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver Türkiyənin Aralıq dənizindəki haqları, işğalçı Ermənistan tərəfindən son günlər törədilən təxribatlar və qanuna zidd hərəkətlər, dünyanın qloballaşmaya olan ehtiyacı barədə danışıb.Bu ilin əvvəlindən bütün dünyanı öz təsiri altına salan pandemiya ilə birgə mübarizənin vacibliyini vurğulayan A.Suver bu məqsədlə builki zirvə görüşünün bir sülh və rifah layihəsi olan “Kəmər və Yol Təşəbbüsünün işığında” şüarı altında keçirildiyini deyib.Zirvə görüşünün üç hissədən ibarət birinci günündə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov, nazir müavini Elnur Soltanov, Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran, İstanbulun Avcılar Bələdiyyəsinin sədri Turan Hançerli, “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) xarici əlaqələr üzrə departamentinin rəhbəri Murat Lekompte, İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyinin (İHKİB) sədri Mustafa Gültepe, Türkiyə İxracatçılar Məclisinin rəhbəri İsmail Gülle, İstanbul Tarix Sənət və Mədəniyyət Araşdırma Mərkəzinin (İRCİCA) Baş direktoru, professor Halid Eren, TÜRKSOY-un Baş katibi professor Asəf Hacıyev, Türkiyə və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (AGİT) rəhbəri George Tsereteli və İstanbul Valisi Ali Yerlikaya, eləcə də Türkmənistan, Bolqarıstan, İtaliya, Monqolustan, Avstriya, Albaniya, Belçika, Qırğızıstan, Rumıniya, Özbəkistan, Çin və digər dövlətlərin hökumət nümayəndələri çıxış ediblər.Tədbirdə COVID-19 peyvəndinin hazırlanması istiqamətində görülən işlərdən bəhs edilib, “Türk Hava Yolları” və “SOCAR”-ın tanıtım filmləri nümayiş olunub.Tədbir oktyabrın 8-də davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…