Tehranın Sərgilər Mərkəzində XXIII Beynəlxalq Neft-Qaz və Neft-Kimya Sərgisi açılıb. Sərginin açılış mərasimində İranda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edib.Azərtac xəbər verir ki, İranın dövlət rəsmilərinin iştirakı ilə açılan sərgidə 1200 yerli və 880 xarici şirkət təmsil olunub. Mayın 9-dək davam edəcək sərgidə Azərbaycanı SOCAR təmsil edir. Azərbaycanla yanaşı sərgidə İspaniya, Almaniya, Türkiyə, Yaponiya, Finlandiya, Qazaxıstan, İsveç, Rusiya və başqa ölkələrin şirkətləri öz məhsullarını sərgiləyir və xidmətlərini təqdim edir.İrana səfəri çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu ölkənin neft naziri Bijən Namdar Zəngənə ilə görüşüb.Görüşdə digər sahələrdə olduğu kimi enerji sahəsində də Azərbaycan ilə İranın əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Nəzərə çatdırılıb ki, Xəzər dənizində müvafiq blokların birgə işlənməsi ilə bağlı imzalanan sənəd hər iki dövlətin enerji sahəsinin inkişafına öz töhfəsini verəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…