Təhsil naziri Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.Azərtac Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan konfrans dekabrın 3-4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək.Əmrə əsasən, ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin oktyabrın 10-dək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim olunmasını təmin etməlidirlər. Bundan başqa, Azərbaycan Memarlıq və Memarlıq Universitetinin rektoruna konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratmaq, konfransın proqram və materiallarının nəşrini təmin etmək, Elm, ali və orta ixtisas təhsil şöbəsinə isə konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etmək tapşırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…