XXIX ənənəvi beynəlxalq turnirdə qarşılaşma…

18 Yanvar 2017 12:28

Xəbər 1017 dəfə oxunub

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-12-ci yerlər uğrunda görüşdə Estoniya komandası ilə qarşılaşıb.Azərtac xəbər verir ki, Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun futbolçularımızın böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0. Yığmamızın heyətində Pilağa Mehdiyev, Doğukan Öksüz və İbrahim Əliyev fərqləniblər.Yığmamız turnirdə növbəti oyununu yanvarın 20-də Belarus komandasına qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.xeber100.com