Azərbaycan Kunq-Fu Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində XXVI respublika çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, “Yaşasın Cümhuriyyət” devizi altında kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışda respublikanın müxtəlif regionlarından 30 komandanın tərkibində 500-ə yaxın idmançı mübarizə aparıb.Yarışın rəsmi açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Kunq-Fu Federasiyanın prezidenti, polis kapitanı Nurlan Aslanov çıxış edərək idman sahəsində əldə edilən hər bir uğur və inkişafın bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı mütərəqqi, qətiyyətli siyasi faktorlara əsaslandığını diqqətə çatdırıblar. Vurğulanıb ki, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar dünyanın bir çox ölkəsinə örnəkdir.Sonra yarışlara start verilib.“Sərhədçi” atletləri çempionatda daha yaxşı çıxış edərək böyüklər arasında kuboka sahib olublar. “Cəlilabad” komandasının yetirmələri gənclər, “Xocalı” klubunun təmsilçiləri isə yeniyetmələr arasında kuboku qazanıblar.Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu, Kunq-Fu Federasiyasının xüsusi mükafatları təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…