İyulun 6-da – XXX Ümumdünya Yay Universiadasının cüdo yarışlarının üçüncü günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulub.Azərtac xəbər verir ki, İbrahim Əliyev 66 kiloqram, Rüstəm Kotsoyev isə mütləq çəki dərəcələrində yarışlarda iştirak edəcəklər. İ.Əliyev ilk mərhələdə almaniyalı Sebastian Hofaeker, R.Kotsoyev Yaponiya təmsilçisi Kanta Nakano ilə gücünü sınayıblar. R.Kotsoyevin yarışların birinci günündə 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxışı uğursuz alınıb. O, onaltıdabir finalda meksikalı Aleksis De Leonu, səkkizdəbir finalda rumıniyalı Mirçea Kraitoru üstələsə də, dörddəbir finalda Minconq Kimə (Cənubi Koreya) məğlub olub. Təsəlliverici görüşə qatılan cüdoçumuz polşalı Oleksi Lısenkonun da öhdəsindən gələ bilməyib.Qeyd edək ki, cüdo yarışlarının ikinci günündə milli komandamızın üzvü Hidayət Heydərov (73 kq) gümüş medal qazanıb. Bu, Azərbaycan komandasının universiadada qazandığı yeganə medaldır.Universiada çərçivəsində keçirilən cüdo yarışları bu gün başa çatacaq.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…