Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Türkiyə ikinci medalını qazanıb. Azərtac xəbər verir ki, yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində çıxış edən Rza Kayaalp fəxri kürsünün ikinci pilləsində yer alıb. “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi, Avropa və dünya çempionu, “London-2012″nin bürünc mükafatçısı olan Rza Kayaalp Venesuela təmsilçisi Ervin Coz Karaballo Kabrera, Azərbaycan güləşçisi Sabah Şəriəti və almaniyalı Eduard Poppa qalib gələrək finala yüksəlib. Həlledici görüşdə türkiyəli güləşçi Kuba idmançısı Mijain Lopez Nunezə məğlub olaraq gümüş medalla kifayətlənib. Bu çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Sabah Şəriəti isə yarışı bürünc medalla başa vurub. Qeyd edək ki, Türkiyə bundan əvvəl ağır atletika yarışlarında 1 gümüş medal qazanmışdı .
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…