XXXI Yay Olimpiya Oyunlarının ən güclü on idmançısının adı açıqlanıb. Azərtac xəbər verir ki, Olimpiya Oyunlarının təşkilat komitəsi qeyri-adi nailiyyətləri ilə fərqlənən idmançıların siyahısını tərtib edib. İlk onluğa Rionu çoxlu sayda medalla başa vuraraq Olimpiya Oyunları tarixində rekord müəyyən edən Maykl Felps, planetin ən sürətli adamı Useyn Bolt də var. “Top-10” siyahısında bir məşqçi və iki cütlük qərarlaşıb. Siyahıya rusiyalı idman gimnastı Aliya Mustafina başçılıq edir. Siyahıda digər yerləri üzgüçülər Maykl Felps (ABŞ), Yuriya Yefimova (Rusiya) tuturlar. Yamaykalı atlet Useyn Bolt dördüncü, rusiyalı sinxron üzgüçülər Natalya İşenko və Svetlana Romaşina isə beşinci olublar. Sonrakı yerlərdə isə müvafiq olaraq Monika Puik (Puerto-Riko, tennis), Sofiya Velikaya (Rusiya, qılıncoynatma), Tyaqu Bras da Silva (Braziliya, atletika), Yevgeni Trefilov (Rusiya, həndbol), Nikki Hamblin-Ebbi Daqostino (Yeni Zelandiya, atletika) tutublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…