XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə…

12 Avqust 2016 16:05

Xəbər 762 dəfə oxunub

XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə – avqustun 11-də Azərbaycanın altı atleti idmanın üç növü üzrə mübarizə aparıb. Azərtac xəbər verir ki, əvvəlcə 100 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Elmar Qasımov tatami üzərinə çıxıb. E.Qasımov 1/16 finalda rusiyalı Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevdən üstün olub. Səkkizdəbir finalda Lyes Bouyakoubu (Əlcəzair) mübarizədən kənarlaşdıran E.Qasımov dörddəbir finalda Afrika çempionatının qalibi misirli Ramadan Dərvişi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançısı bu mərhələdə ukraynalı Artem Bloşenkoya qalib gələrək finala yüksəlib. Finalda 2014-cü ilin dünya və Avropa çempionu çexiyalı Lukas Krpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub. Akademik avarçəkənlərimiz növbəti sınağa çıxıblar. Aleksandr Aleksandrov – Boris Yotov tandemi ikinəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə “B” finalı (7-12-ci yerlər) yürüşünə qatılıb. Onların rəqibləri serbiyalı Marko Maryanoviç – Andriya Slyukiç, almaniyalı Marsel Hakker – Ştefan Krüger, yeni zelandiyalı Robert Menson – Kristofer Harris, avstraliyalı Devid Uotts – Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov – Kristian Vasilev cütlükləri olublar. Azərbaycan dueti yarışı 12-ci pillədə başa vurub. Mötəbər yarışın altıncı günündə Azərbaycanın dörd boksçusu rinqə çıxıb. İlk döyüşdə dünya çempionu Cavid Çələbiyev (56 kq) 1/16 finalda qazaxıstanlı rəqibi Kayrat Yeraliyevlə üz-üzə gəlib. Görüş qazaxıstanlı boksçunun qələbəsi ilə başa çatıb. Digər təmsilçimiz Lorenso Sotomayor (64 kq) 1/16 finalda ukraynalı Vladimir Matviyçukdan üstün olub. Boksçumuzun növbəti mərhələdəki rəqibi Hassan Amzil (Fransa) olacaq. Pərviz Bağırov (69 kq) səkkizdəbir final görüşündə fransalı Süleyman Diop Sissokoya məğlub olaraq mötəbər yarışda mübarizəni dayandırıb. Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov (81 kq) Olimpiya Oyunlarında ikinci qələbəsini qazanıb. Səkkizdəbir finalda hollandiyalı Peter Müllenberqi məğlub edən T.Məmmədov növbəti mərhələdə qazaxıstanlı Adilbek Niyazimbetov ilə qarşılaşacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02