Ölkə ərazisində yanvarın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 2° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 5-7° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək – 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda arabir güclənən gilavar küləyi əsəcək ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8°, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.Xəbərdarlığa əsasən, yanvarın 31-dən fevralın 1-i gündüzədək ölkə ərazisində qərb küləyinin arabir güclənəcəyi, fevralın 1-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…