Yaponiya Cüdo Federasiyasının məlumatı əsasında…

29 Avqust 2018 12:31

Xəbər 785 dəfə oxunub

Cüdo üzrə Yaponiya millisinin sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac Yaponiya Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın favoritlərindən sayılan gündoğar ölkə təmsilçisi Azərbaycana 22 cüdoçu ilə gələcək. Onlardan 7-si ötən il Budapeştdə keçirilmiş dünya çempionatında fərdi, 4-ü isə komanda yarışlarının qalibi olub.Qeyd edək ki, Yaponiya nümayəndə heyəti ümumilikdə 43 nəfərdən ibarətdir.Cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Milli Gimnastika Arenasında keçiriləcək.xeber100.com