Yaponiyanın qida ekspertləri aşpazların gündəlik problemlərindən birinin həll yolunu tapıblar. Belə ki, mütəxəssislər yeni, gözün selikli qişasını qıcıqlandırmayan soğan növü yetişdiriblər. “Vista News” saytının verdiyi xəbərə görə, alimlərin sözlərinə görə soğan doğrayarkən göz yaşına səbəb onun bu proses zamanı üst qabığının dağılmasıdır ki, bunun nəticəsində havaya kükürdlü qaz nüfuz edir. Bu halda gözün selikli qişası qıcıqlanır və bu, gözyaşı əmələ gətirir. Tərkibində kükürdün minimal miqdara endirildiyi soğanın bu növünə “Gülən şar” adı verilib. Bu tərəvəzin yetişdirilməsi istiqamətində alimlərin 20 il iş apardıqları bildirilir. Tamına görə armudla almanın qarışığını xatırladan soğanın bu növü dairəvi formada və qoxusuzdur. Mütəxəssislər soğanın bu növünün salatların əvəzsiz tərəvəzi olacağına inanırlar. “Gülən şar”ın artıq bu ilin payızından etibarən yapon bazarlarında satışa çıxarılacağı bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…