Yaponiya hökuməti ballistik raketin buraxılması ilə bağlı etiraz edib

16 Mart 2023 15:25

Xəbər 54 dəfə oxunub

Yaponiya hökuməti KXDR-ə ballistik raketin buraxılması ilə bağlı etiraz edib.

Xarici KİV-lər xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda keçirilən mətbuat konfransında söyləyib.

“Biz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etirazımızı bildirdik. Bu cür hərəkətlər ölkəmizin və bütün regionun təhlükəsizliyini təhdid edir”, – deyə Hirokazu Matsuno vurğulayıb.xeber100.com