Yaponiya Rusiyadan Tokio ilə Pekin arasında ərazi mübahisəsinə səbəb olan Senkaku adaları rayonunda Rusiya və Çin hərbi gəmilərinin hərəkəti ilə bağlı vəziyyətə diqqət yetirməyi xahiş edib. Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa iyunun 9-da keçirilən mətbuat konfransında bəyan edib. Y.Suqa deyib: “Biz diplomatik kanallar vasitəsilə Rusiyadan məsələyə diqqət ayırmasını xahiş etmişik. Hazırda Yaponiya Senkaku adaları ətrafında Çin və Rusiya gəmilərinin hərəkəti ilə bağlı vəziyyəti təhlil edir”. Baş katib, həmçinin bildirib ki, Tokio beynəlxalq ictimaiyyətlə, ilk növbədə ABŞ ilə birlikdə, Çindən vəziyyəti gərginləşdirən hərəkətlərdən çəkinməyi tələb etməkdə davam edəcək. Həmin ərəfədə Yaponiya hökuməti hərbi gəmilərin Senkaku adaları ətrafında hərəkəti ilə bağlı Çinə etirazını bildirib. Müdafiə Nazirliyinin məlumatına əsasən, Çinə məxsus freqat gəmisi Senkaku adaları yaxınlığında Yaponiyaya məxsus suların yaxınlığında iki saatdan çox qalıb. Məlumatda, həmçinin bildirilir ki, Çinə məxsus freqatla birlikdə Rusiyaya məxsus gəmilər də bir müddət neytral sularda olublar. Müdafiə naziri Qen Nakataninin dediyinə görə, Rusiya gəmilərinin Çin gəmilərinə cavab olaraq hərəkət etdiyi güman olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…