Yaponiya ötən həftə ona məxsus iqtisadi zonada Şimali Koreya gəmisinin heyəti tərəfindən patrul gəmisinə silah yönəldilməsi ilə əlaqədar bu ölkəyə etirazını bildirib. NHK telekanalının yaydığı məlumata görə, etiraz Pekindəki diplomatik kanallar vasitəsilə Şimali Koreya tərəfinə çatdırılıb.Telekanalın bildirdiyinə görə, hadisə iyulun 7-də baş verib. Şimali Koreya bayrağı altında üzən gəmi Yaponiyanın Balıqçılıq İdarəsinin patrul gəmisi tərəfindən Yapon dənizində qeydə alınıb. Yaponiyanın patrul gəmisi həmin gəmiyə yaxınlaşdığı zaman heyət üzvləri odlu silahı patrul gəmisinə yönəldərək oradakıları hədəfə alıblar. Bildirildiyinə görə, hadisə zamanı atəş açılmayıb.Son vaxtlar Şimali Koreyanın raket sınaqları ilə bağlı iki ölkə arasında münasibətlər xeyli gərginləşib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…