Fevralın 27-də Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə “Ağsu rayonunun Gəşəd kəndində su təchizatı sisteminin tikintisi”, “Şamaxı rayonunun Quşçu kəndində su təchizatı sistemini tikintisi” və “Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sistemini tikintisi” layihəsi üzrə qrant müqavilələrinin imzalanma mərasimi keçirilib.Azərtac xəbər verir ki, adları qeyd olunan layihələr üzrə qrant müqaviləsini Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi və “Ağsu rayonunun Gəşəd kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üçün “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” təşkilatının icraçı direktoru Sahib Məmmədov, “Şamaxı rayonunun Quşçu kəndində su təchizatı sistemini tikintisi” layihəsi üçün “Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi” təşkilatın icraçı direktoru Elçin Salmanov, “Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sistemini tikintisi” layihəsi üçün isə “Qlobal-Humanitar Təşkilatı” İctimai Birliyin direktoru İlham Tahirli imzalayıb.Layihələrin əsas məqsədi üç rayonda su təchizatı sisteminin tikilməsi ilə yeri sakinlərin su ehtiyacını ödəməkdir. Ağsu rayonunda olan layihənin ümumi məbləği 82,747 ABŞ dolları, Şamaxıda olan layihənin ümumi məbləği 82,930 ABŞ dolları, Lənkəranda olan layihənin ümumi məbləği isə 83,213 ABŞ dolları təşkil edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…