Mayın 16-da axşam saatlarında İbaraki prefekturasında baş verən 5,5 bal gücündə zəlzələ paytaxt Tokioda və ətraf rayonlarda da hiss olunub. Bir nəfərin xəsarət aldığı bildirilir. Yeraltı təkan zamanı yataqdan sıçrayan səkkiz yaşlı oğlan yıxılaraq qolunu sındırıb.Yaponiya Meteorologiya Agentliyinin verdiyi məlumata əsasən, zəlzələ axşam saat 21:23 dəqiqədə baş verib. Yeraltı təkanların ocağı Tokionun şimalındakı İbaraki prefekturasının cənub hissəsində, 42 kilometr dərinlikdə yerləşib. Prefekturanın Omitama şəhərində zəlzələ yapon cədvəli üzrə 5 baldan bir az aşağı hiss olunub. Kanto regionunun bir çox rayonlarında, o cümlədən Mito, Totiqi, Saytama, Yokohama şəhərlərində zəlzələnin gücü 4 bal səviyyəsində olub. Sunami təhlükəsi elan edilməyib. Yaponiya Meteorologiya Agentliyi yaxın günlərdə 4 bal gücündə təkrar zəlzələnin baş verəcəyi barədə xəbərdarlıq edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…