Oktyabrın 2-də Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa hökumətin yeni tərkibini elan edib.Azərtac xəbər verir ki, əvvəlki hökumətin tərkibinə daxil olan və Şinzo Abeyə yaxınlığı ilə seçilən altı nazir öz vəzifəsində saxlanılıb. Onlar Baş nazirin müavini və maliyyə naziri Taro Aso, baş katib Yoşihide Suqa, xarici işlər naziri Taro Kono, iqtisadiyyat, ticarət və sənaye naziri Horişiqe Seko, dövlət torpaqları və nəqliyyat naziri Keyiçi İşii və iqtisadi bərpa naziri Toşimitsu Moteqidir.Hökumətin üçdəikisi – 12 nazir tamamilə yenidir: müdafiə naziri Takeşi İvaya, ətraf mühit naziri Yoşiaki Harada, Okinava və şimal torpaqları, həmçinin inzibati islahatlar naziri Mitsuhiroşi Miyakoşi, ümummilli işlər və kommunikasiyalar naziri Masatoşi İşida, Olimiada və Paralimpiada üzrə nazir Yoşitaka Sakurada, elm və texnologiyalar naziri Takuya Hirai, təbii fəlakətlərdən sonra bərpa naziri Hiromiçi Vatanabe, təhsil, mədəniyyət və idman naziri Masahiko Şibayama, kənd, meşə və balıqçılıq təsərrüfatı naziri Takamori Yoşikava, ictimai təhlükəsizlik və əvəzçiliklə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Zyunzyo Yamamoto, yeni hökumətdə yeganə qadın – regionların inkişafı naziri Satsuki Katayama, səhiyyə və sosial təminat naziri Takumi Nemoto və ədliyyə naziri Takaşi Yamaşita.Həmin gün səhər Şinzo Abe özünün sayca üçüncü kabinetinin tam tərkibdə istefa ərizələrini qəbul edib.Bu gün Yaponiya hökuməti yeni tərkibdə İmperator Akihito tərəfindən təsdiq olunma mərasimində iştirak edəcək və bundan sonra rəsmi şəkildə formalaşmış hesab olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…