Noyabrın 29-da Şimali Koreyanın son ballistik raket sınağı ilə əlaqədar Yaponiya Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.Yaponiya Nazirlər Kabinetindən Azərtac-ın xüsusi müxbirinə verilən məlumatda bildirilir ki, Şimali Koreyanın qərbindən yerli vaxtla gecə saat 3:18-də buraxılan raket Yaponiya üzərindən uçaraq bu ölkəyə məxsus iqtisadi zonaya düşüb. Hazırda raket buraxılışı ilə bağlı məlumatların toplanması və təhlili davam edir. Bildirilir ki, sınaqla əlaqədar hava və dəniz nəqliyyatında problemin yaranması barədə hələlik məlumat daxil olmayıb. Eyni zamanda, özünümüdafiə qüvvələri tərəfindən raketin vurulması ilə bağlı tədbir də görülməyib. Yaponiyaya məxsus iqtisadi zonaya düşən raket ölkənin təhlükəsizliyi üçün ciddi təhdiddir.Məlumatda qeyd edilir ki, səhər saat 6:10-da başlayan Milli Təhlükəsizlik Şurasının iclasında Şimali Koreya tərəfindən son ballistik raket sınağı ilə əlaqədar daxil olan məlumatlar müzakirə edilib. Baş nazir Şinzo Abenin göstərişinə uyğun olaraq, üç istiqamətdə – beynəlxalq ictimaiyyətlə əməkdaşlığın genişləndirilməsi, Şimali Koreyaya təzyiqlərin artırılması və BMT Təhlükəsizlik Şurası tərəfindən daha qəti tədbirlərin görülməsinə nail olmaq istiqamətlərində fəaliyyətin davam etdirilməsi qərara alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…