Yaponiya parlamentinin yuxarı palatası müzakirələrin onlayn formatda aparılması imkanlarını araşdırır.Azərtac xəbər verir ki, yuxarı palatanın son iclasları zamanı koronavirus pandemiyasına görə, deputatlar müzakirələri əsas zalda, sosial məsafəni saxlamaq üçün bir-birindən aralı oturaraq aparıblar. Buna baxmayaraq, pandemiyanın yayılmasının qarşısını almaq üçün əlavə tədbirlərə ehtiyac olduğu da bildirilir. Belə ki, plenar iclasların onlayn formatda keçirilməsi təklif edilir.Bu məqsədlə artıq həmin formatın tətbiq olunduğu Böyük Britaniya və İspaniya parlamentlərinin təcrübəsinin öyrənilməsi qərara alınıb. Həmin ölkələrin parlamentlərində müzakirələr və səsvermə artıq onlayn formatda keçirilir.Bununla yanaşı, onlayn müzakirələrin təşkilinin qanunauyğunluğu da araşdırılır. Belə ki, Yaponiya Konstitusiyasına əsasən parlamentin həm yuxarı, həm də aşağı palatalarında plenar iclaslar yalnız deputatların üçdə ikisi qatıldığı halda keçirilə bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…