Yaponiya və Fransa qarşılıqlı razılıq əsasında İrana 18 milyard dollar kredit vermək niyyətindədir. Lakin İran krediti almazdan əvvəl nüvə proqramının bərpasını dayandırmalı və ABŞ ilə danışıqlara başlamalıdır.Azərtac xəbər verir ki, Fransa və Yaponiya mətbuatında çıxan bu xəbər İranda ciddi qəbul olunub. İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bildirib ki, rəsmi Tehran sanksiyalar qüvvədə qaldığı müddətdə ABŞ ilə heç bir danışıq aparmayacaq: “Əgər ABŞ danışıqlara başlamaq istəyirsə sanksiyaları aradan qaldırmalıdır və İran tərəfi isə bu xoş addıma müsbət cavab verər. Digər tərəfdən isə tək Fransa yox, “nüvə razılaşmasında” iştirak edən Avropa dövlətləri imzalanan sazişə və əldə olunan razılaşmaya əməl etmədiklərinə görə İrana kredit deyil, kompensasiya (təzminat) ödəməlidir”.Ə.Rəbbi deyib ki, sanksiyaların tətbiqi İrana milyardlarla dollar zərər vurub.İran mətbuatı yazır ki, rəsmi Vaşinqton İran iqtisadiyyatının ağır vəziyyətə düşdüyünü görərək müttəfiqləri vasitəsilə pul təklif edərək Tehranı danışıqlara məcbur etmək istəyir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…