Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Yaponiyada G20 ölkələrinin sammiti çərçivəsində görüş keçiriblər.Azərtac xəbər verir ki, Rusiya Prezidenti iki ölkə arasında əmtəə dövriyyəsinin 2018-ci ildə 16 faiz artdığını, 10 milyard dollar məbləğində qarşılıqlı investisiyalar yatırıldığını deyib. O, yaxın gələcəkdə 900 milyon avro məbləğində investisiya platforması yaradılmasının planlaşdırıldığını bildirib. Rusiya lideri Türkiyənin Yekaterinburqda keçiriləcək “İnnoprom” sərgisinin tərəfdaş ölkəsi olmasını mühüm hadisə adlandırıb.Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ikitərəfli münasibətlər hazırda sürətlə inkişaf edir. O, birgə layihələrin, o cümlədən “Akkuyu” AES-in tikintisinin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…