Aprelin 14-də axşam saatlarında Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında güclü zəlzələ baş verib. Təkrar təkanların hələ də davam etdiyi regiondan əhali təxliyə olunub. Faciə nəticəsində 9 nəfərin həlak olduğu bildirilir. NHK televiziya kanalının avtomatik kameralarının çəkdiyi görüntülərdə 6,5 bal gücündə zəlzələnin axşam saat 21:30-da qeydə alındığı bildirilir. Güclü təkanlar nəticəsində mühüm mədəniyyət obyekti hesab olunan Kumamoto qəsrinin hasarının müəyyən hissəsi uçub. NHK-nın kamerasının qeydə alındığı görüntülərdə qəsrin yaxınlığında yerləşən müxbir məntəqəsində divarların silkələndiyi aydın görünür. Azərtac
Prefekturanın rəsmi nümayəndələri bildiriblər ki, bu gün saat 12:00-dək 1000-ə yaxın şəxsə tibbi yardım göstərilib. Həlak olanlardan birinin uçmuş divarlar altında qaldığı, digərinin isə yanğın nəticəsində dünyasını dəyişdiyi bildirilir. Həmin regionda 120-dən çox təkrar təkan qeydə alınıb. Bu təkanlar binaların daha çox ziyan çəkməsinə səbəb olub. Yerli qaz, su, elektrik enerjisi şirkətləri mindən çox ailənin susuz, işıqsız və qazsız qaldığını bildirib. Sürətli “Şinkansen” qatarlarının hərəkətində fasilə yaranıb.
Rəsmi nümayəndələrin sözlərinə görə, prefekturadan 45 minədək insan təxliyə olunub. Şəhər hakimiyyət orqanları öz qərargahlarını təxliyə mərkəzlərinə köçürməli olublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…