Yaponiya parlamentinin yuxarı – müşavirlər palatasına seçkilər iyulun 21-də keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə qərar hökumətin iyunun 26-da keçirilən iclasında qəbul edilib və onun rəsmi saytında yerləşdirilib. Bildirilir ki, namizədlərin qeydiyyatına iyulun 4-də başlanacaq. Bu, müxalifət qüvvələrinə son hazırlıqlar üçün ən az vaxt verir.Bu ərəfədə Yaponiyada Baş Nazir Şinzo Abenin yuxarı palataya seçkilərlə yanaşı, hökumət başçısının seçilməsində və dövlət büdcəsini qəbul edilməsində prioritet rol oynayan aşağı palataya da növbədənkənar seçkilər keçirəcəyi barədə şayiələr gəzirdi. Lakin kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, Baş Nazir son anda bu plandan imtina edib.Hazırda hakim Liberal Demokratik Partiyası və onun müttəfiqləri Yaponiya parlamentinin hər iki palatasında mütləq üstünlüyə malikdirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…