Oktyabrın 22-də Yaponiyada ümumi seçkilər keçirilir və seçicilər yapon parlamentinin aşağı palatasına namizədlərə səs verirlər.Azərtac xəbər verir ki, bu dəfəki seçkilərdə 1180 namizəd 465 deputat mandatı uğrunda mübarizə aparır. Onlardan 289-u birbaşa səsermə yolu ilə, 176-sı isə proporsinal nümayəndəlik qaydasında seçiləcəklər.Namizədlər seçiciləri əsasən Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumətin fəaliyyətini, istehlak vergisinin artımı ilə əlaqədar planı, Konstitusiyaya gözlənilən dəyişiklikləri, atom energetikası sahəsində siyasəti və Yaponiyanın Şimali Koreya məsələsinə münasibətini qiymətləndirməyə çağırırlar.Ölkənin bir çox rayonlarında seçki məntəqələri səhər saat 7-də açılıb və axşam saat 8-dək işini davam etdirəcək. Səsvermə başa çatan kimi səslərin hesablanmasına başlanacaq.Seçkilərin təşkilinə məsul olan Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 21-də ilkin səsvermə zamanı 15 milyon 600 min seçici səs verib ki, bu da rekord rəqəm hesab olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…