Yaponiyanın hökumət orqanları “Fukusima-1” atom elektrik stansiyasında qəza ilə əlaqədar eyniadlı prefekturanın üç rayonunda təxliyə rejimini ləğv edib. Bu barədə Yaponiya Ətraf Mühit Nazirliyi məlumat yayıb.Təxliyə rejimi Namie qəsəbəsində, İitate kəndində və Kavamata qəsəbəsinin Yamakayi rayonunda ləğv edilib. Ümumilikdə, bu yaşayış məntəqələrində 22 min sakinin yaşadığı bildirilir.Dezaktivasiya işləri başa çatdırıldıqdan sonra sakinlərə evlərinə dönməyə icazə verilib. Digər yaşayış məntəqələrində olduğu kimi, bu ərazilərdə də sakinlərin çoxu geri dönməyə ehtiyat edir. Əsas səbəb kimi radiasiyanın uşaqlara mənfi təsiri və uşaqlı ailələrin yeni iş yerləri və məktəb tapdıqlarına görə hər şeyi yenidən başlamamaq istəyi göstərilir.Aprelin 1-də təxliyə rejimi ləğv edildikdən sonra Tomioka qəsəbəsində yaşayış üçün yararlı olmayan yoluxmuş torpaq sahəsinin 370 kvadratkilometrədək azalacağı bildirilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…