“Yay futbol düşərgəsi” layihəsinə start verilib

18 İyun 2019 16:38

Xəbər 563 dəfə oxunub

Sumqayıtda məktəblilər üçün “Yay futbol düşərgəsi” layihəsinə start verilib. “Sumqayıt” futbol klubunun mətbuat xidmətindən Azərtac–a bildirilib ki, doqquz gün müddətində üç qrup üzrə keçiriləcək layihədə Sumqayıtdakı 48 məktəb və liseyin tədris ilində fərqlənən yüzdən çox oğlan və qız şagirdi iştirak edir.Məqsəd yeniyetmə və gənc şagirdlərin futbola cəlb olunması, məktəblilərin təhsilə həvəsləndirilməsi, onların asudə vaxtını səmərəli təşkili və futbolun kütləviliyinin artırılmasıdır.Xatırladaq ki, “Sumqayıt” futbol klubu “Yay futbol düşərgəsi”ni 2014-cü ildən həyata keçirir.xeber100.com