Yay Olimpiya və Paralimpiya Oyunlarının ilk biletləri satışa çıxarılacaq

18 Aprel 2019 12:46

Xəbər 583 dəfə oxunub

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının ilk biletləri mayın 9-da satışa çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Oyunların Yaponiya Təşkilat Komitəsi məlumat yayıb. Bildirilir ki, biletlərin ilk komplekti xüsusi lotereya da oynanılacaq. Bu biletləri əldə etmək istəyənlər Oyunların saytında qeydiyyatdan keçməli və bu barədə müraciət yerləşdirməlidirlər. Biletlərin potensial alıcıları Yaponiya ərazisində yaşamalıdırlar. Lotereyanın nəticələri iyunun 20-də elan ediləcək.Cari ilin payızında biletlərin satışının ikinci mərhələsi başlanacaq və bu mərhələdə ilk turda müraciət edən, lakin bilet uda bilməyənlər iştirak edəcəklər. Oyunlara biletlərin sərbəst satışına yalnız 2020-ci ilin yazında başlanacaq.xeber100.com