Almaniya və Fransa ictimai-siyasi, iqtisadi və texnoloji sahələrdə əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər. İki ölkənin hakimiyyət orqanları bu il Yelisey müqaviləsinin yeni variantını işləyib hazırlamağı planlaşdırırlar. Azərtac xəbər verir ki, AFR Kansleri Angela Merkel ilə Fransa Prezidenti Emmanuel Makronun birgə bəyanatında belə deyilir.Bəyanatda vurğulanır: “Məqsədimiz Avropa və beynəlxalq səviyyədə əhəmiyyətli olan mövzulara dair birgə mövqe işləyib hazırlamaqdır”. Söhbət Fransa və Almaniya iqtisadiyyatlarının bir-birinə daha sıx təsir göstərməsindən gedəcək. Yeni müqavilədə mədəni əməkdaşlığı və birgə təhsil proqramlarının inkişafını möhkəmləndirmək də nəzərdə tutulur.Bundan əlavə, A.Merkel və E.Makron hüquq mühafizə və xüsusi xidmət orqanları arasında əməkdaşlığı möhkəmləndirməyi, iqlimin qorunması və alternativ enerji mənbələrinə keçilməsi sahəsində tərəfdaşlığı genişləndirməyi planlaşdırırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…