Yeni futbol komandası

18 Fevral 2016 16:49

Xəbər 969 dəfə oxunub

Azərbaycanın daha bir rayonunda yeni futbol komandası yaradılıb. Ağdaş rayonundan təsis edilən yeni klub rayonu həvəskarlar liqasında təmsil edəcək. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, komanda növbəti mövsümdən I divizionda mübarizə aparmağı da planlaşdırır. Lakin buna baxmayaraq, ağdaşlılar artıq indidən hazırlıqlara başlayıblar. “Məqsədimiz odur ki, həvəskarlar liqasında çıxış edəndə stadion tamamilə dolur. Biz də gördük ki, Ağdaşda futbolu çox sevirlər. Belə bir komanda yaratmışıq. Özümüz oynayırıq, şəhər rəhbərliyi də bizi dəstəkləyir. Gələcək planlarımızın içərisində o da var ki, bu il həvəskar liqasında oynayacağıq. Tam hazır olduqdan sonra isə gələn illərdə 1-ci divizonda çıxış etmək istəyirik” – deyə klubun yaradıcılarından biri Rəhman Əliyev bildirib. Komandanın heyətində gənclərdən başqa veteran futbolçular da forma geyinirlər. Onlar öz təcrübələrini gənclərə aşılamağa çalışırlar. “Ağdaş rayonunda futbol həmişə olub. Baza və bünövrə olaraq futbol burda sevilib. Gənclərin və uşaqların da marağı həddindən artıq çoxdur”, – veteran futbolçu Bəxtiyar Quliyevbildirib.

Futbol komandası bu günə qədər iki yoldaşlıq görüşü keçirib. Bu qarşılaşmaların birində “Mil Muğan”la heç-heçə qalan komanda “Şərurspor” klubunu məğlub etməyi bacarıb.

Gələcəkdə komandaya yeni futbolçuların cəlb olunacağı da bildirilir.xəbər100