“Yeni il və Həmrəylik” devizi altında veloyürüş keçirilib

31 Dekabr 2016 11:31

Xəbər 930 dəfə oxunub

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Yeni il və Həmrəylik” devizi altında veloyürüş keçirilib.Azərtac xəbər verir ki, veloyürüşə Azadlıq meydanından start verilib. “Ağ şəhər” bulvarınadək hərəkət edən yürüş iştirakçıları “Port Baku”nun qarşısında yürüşü başa vurublar.Yürüşün yekununda Şaxta baba və Qar qız tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə Yeni il münasibətilə hədiyyələr təqdim olunub.xeber100.com