Noyabrın 4-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” yeni qanun layihəsi müzakirə edilib. Azərtac xəbər verir ki, komitə sədri Hadı Rəcəbli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafına diqqət, Azərbaycan Prezidentinin bu sahədə gördüyü tədbirlər vaxtı ilə qəbul olunmuş “Turizm haqqında” qanunun yenidən işlənməsini zəruri edib. Qeyd edilib ki, 2012-ci ildən bu qanun layihəsinin üzərində iş aparılır, yeni qanun layihəsi müasir tələblərə cavab verir. Komitə sədri son illər Azərbaycana turist axınının daha da artdığını deyib. Vurğulayıb ki, əvvəllər turistlər daha çox Gürcüstana gedirdilər. Dövlətimizin başçısının tapşırıqları ilə bu istiqamətdə atılan addımlar turizm sahəsinin dirçəlməsinə səbəb olub. Bu il ölkəmizdə fəaliyyət göstərən otellərdə yer tapmaq mümkün deyildi. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi də buna təsir edib. Vurğulanıb ki, Azərbaycan turizm sahəsi üzrə 141 ölkə arasında 36-cı yeri tutur. Ölkəmizə gələn turistlər daha çox beşulduzlu otellərə üz tuturlar. Komitə sədri üçulduzlu otellərin də sayının artırılmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, qanun layihəsi 8 fəsil və 93 maddədən ibarətdir. Qanun turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idaraetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, turizm sahəsində maliyyə mənbələrinin təsnifatı, maliyyələşdirmənin üsul və vasitələri, maliyyələşdirmədə məhdudiyyətlər, sığorta, elm, təhsil və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləyəcək. Turizm sahəsində dövlət idarəetməsi nəzarət orqanı vasitəsilə həyata keçirilir. Nəzarət orqanı dövlət idarəetməsi funksiyalarını bilavasitə həyata keçirir. Qanun layihəsində qeyd olunur ki, turizm sahəsində publik hüquqi şəxs nəzarət orqanı tərəfindən təsis edilir. Sənəddə bildirilir ki, turoperator turizm məhsulunu bilavasitə özü reklam edə, sata və ya bunun reklam və satışını müqavilə əsasında turagentə həvalə edə bilər. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib ki, turizmin inkişafında bələdiyyələrin rolu ilə bağlı məsələlər Türkiyə təcrübəsindən götürülməlidir. Onun sözlərinə görə, Türkiyədə bələdiyyələr turizmin inkişafına çox böyük töhfə vermək imkanına malikdirlər. Bələdiyyələr müstəqil formada öz ərazisində müəyyən turizm təsisatı yaradıb, gəlir gətirmək, sakinlər üçün yeni iş yerləri yaratmaq səlahiyyətlərinə malikdir. Lakin Azərbaycanda Milli Məclisin bələdiyyələrə tapşırıq vermək deyil, yalnız tövsiyə etmək hüququna malik olması da burada nəzərə alınacaq. Sonrakı mərhələdə əsas məqsəd həm regional, həm də yerli səviyyədə turizmin inkişafını təmin etməkdir. Təbii ki, bütün məsələləri şəhərlərin üzərinə yükləmək olmaz. Müzakirələr zamanı iclas iştirakçıları qanun layihəsinin əhəmiyyətini qeyd ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…