Sentyabrın 6-da güləş üzrə Azərbaycan milli komandalarının mətbuat üçün açıq məşqi olub. Məşq başa çatdıqdan sonra yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunacaq Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatının yunan-Roma güləşi yarışlarında ölkəmiziEldəniz Əzizli (55 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.Sərbəst güləşçilərin mübarizəsində isə Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) xalça üzərinə çıxacaqlar.Qadın güləşçilərdən ibarət milli komandamızın heyətində isə Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netrova (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alıblar.Qeyd edək ki, qadın güləşçilərimiz artıq Qazaxıstandadır. Onlar yerli komanda ilə birlikdə təlim-məşq toplanışında iştirak edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…