Lüksemburqda “YONEX Luxembourg Open 2022” beynəlxalq turnirinə yekun vurulub.Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, turnirdə çıxış edən Ezmi Qovimuramadhoni və Era Maftuha şəxsi və qarışıq qoşa kateqoriyalarında ölkəmizi təmsil ediblər.Ezmi Qovimuramadhoni-Era Maftuha tandemi qarışıq qoşa yarışında təsnifatdan əsas mərhələyə yüksəlməyi bacarıb. İlk görüşündə Nikolas Frankonville-Vera Appenzeller (İsveçrə) qoşasına 2:1 hesabı ilə qalib gələn badmintonçularımız növbəti qarşılaşmada Oskar Reuterhall-Fiona Hallberg (İsveç) tandemini 2:0 hesabı ilə məğlub ediblər. Ezmi və Era 1/16 finalda indoneziyalı Putra Muh-Rosalia Puspa qoşasına 0:2 hesabı ilə məğlub olub.Ezmi kişi badmintonçuların şəxsi kateqoriyasında əsas mərhələdə keçirdiyi ilk görüşdə danimarkalı Yager Jonasa 1:2 hesabı ilə uduzub.Era isə qadın badmintonçuların şəxsi kateqoriyasında təsnifat mərhələsində ilk görüşündə Sesilia Vanqı (İsveç) 2:1 hesabı ilə məğlub etsə də, əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə Odijk Diedeyə (Niderland) 0:2 hesabı ilə uduzub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…