Koreya Xalq Demokratik Respublikası (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli görüşdən imtina edib.“YONHAP” agentliyi xəbər verir ki, buna səbəb ABŞ-ın Cənubi Koreya ilə birgə keçirdiyi “Max Thunder” hərbi təlimlər olub.İki ölkənin sərhəddinə yaxın Panmunjom qəsəbəsində keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR olmuşdu. Danışıqlarda “Qırmızı Xaç” xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi.Keçirilən hərbi təlimlərin işğalçılıq niyyəti güddüyünü bildirən Pxenyan onları Koreyalararası əlaqələrin yaxşılaşdığı vaxtda təxribat adlandırıb və ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.Qeyd edək ki, ABŞ-ın “Max Thunder” təlimləri Cənubi Koreyada aprelin 15-dən keçirilir. Təlimlərə 2000-dək ABŞ və Cənubi Koreya hərbçiləri qatılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…