Cənubi Koreya Prezidenti Mun Ce-in onun KXDR lideri Kim Çen Inla görüşünün hazırlığı ilə məşğul olacaq komissiya yaradıb. Komissiyaya prezident administrasiyasının rəisi İm Çjon Sok rəhbərlik edəcək.Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Respublikası prezidentinin mətbuat katibi məlumat yayıb. “Komitənin əsas vəzifəsi aprel sammitinə dair real sazişə nail olmaqdır”, – deyə məmur bildirib.Bundan əlavə, Mun Ce-in ABŞ Prezidenti Donald Trampla KXDR lideri Kim Çen Inın görüşü barədə əldə olunan razılaşmanı da təqdir edib. “May ayında baş tutacaq görüş Koreya yarımadasında real sülhə nail olmaq üçün tarixi mərhələdir. Əgər Prezident Tramp və Kim Çen In Koreyalararası sammitdən sonra görüşsələr, Koreya yarımadasının nüvəsizləşdirilməsi doğru məcraya yönələr”, – deyə prezident qeyd edib.Bu ərəfədə məlum olub ki, Prezident Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayınadək görüşməyə razılıq verib. Eyni zamanda, KXDR konkret addımlar atana qədər ABŞ ona təzyiq göstərmək mövqeyində dayanır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…