AFFA-nın təşkil etdiyi futbol üzrə Yüksək Liqada 2017/2018-ci il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, Bayıl stadionunda keçirilən sonuncu oyunda “Təhsil” və “Sumqayıt” komandaları qarşılaşıblar. Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Sumqayıt” mövsümün qalibi olub. “Qəbələ” ikinci, “Təhsil” isə üçüncü yeri tutublar.Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev, futbol veteranı Rüstəm Rəhimov, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Əsgərli və digərləri təqdim ediblər.“Təhsil” komandasının üzvü Sona Rəhimova 35 qolla mövsümün ən məhsuldar oyunçusu olub. Liqanın ən yaxşı oyunçusu “Sumqayıt” komandasında çıxış edən Vüsalə Hacıyeva seçilib. “Fair play” mükafatına isə “Qəbələ” komandasının futbolçusu Gülənbər Qasımova layiq görülüb.Həmçinin oyunu idarə edən hakimlərə diplomlar təqdim edilib.İlk üç yeri tutan komandalar müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif ediliblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…