Yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb

4 Mart 2017 10:36

Xəbər 837 dəfə oxunub

İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb.Azərtac xəbər verir ki, Azərbaycan güləşçilərinin də iştirak etdiyi turnirin ilk günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində pəhləvanlar mübarizə aparırlar.İlk yarış günündə 8 güləşçimiz – Murad Məmmədov, Orxan Əhmədov, Kərim Cəfərov (hər üçü 59 kq), İslmabek Dadov, Ruhin Mikayılov (hər ikisi 71 kq), Emin Əhmədov, Elton Vəzirzadə (hər ikisi 80 kq) və Orxan Nuriyev (98 kq) xalça üzərinə çıxacaq.xeber100.com