Dekabrın 4-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.Azərtac xəbər verir ki, ilk yarış günündə 156 yunan-Roma güləşçisi mübarizə aparıb. Bütün çəkilərdə finalçılar müəyyənləşib, eləcə də təsəlliverici qarşılaşmalar keçirilib.Dekabrın 5-i axşam seansında baş tutacaq finallarda 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqram çəki dərəcələrində çempionlar müəyyənləşəcək.Qızıl medallar uğrunda mübarizədə Ziyad Zeynalov – İbrahim Nurullayev (55 kq), Murad Bazarov – Sakit Quliyev (60 kq), Murad Məmmədov – Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov – İslambek Dadov (67 kq), Sənan Süleymanov – Ülvi Qənizadə (72 kq), Rüstəm Əliyev – Tuncay Vəzirzadə (77 kq), Elvin Mürsəliyev – Nicat Abdullayev (82 kq), İslam Abbasov – Eltun Vəzirzadə (87 kq), Orxan Nuriyev – Zamir Məhəmmədov (97 kq) və Oyan Nəzəriani – Beka Kandelaki 130 (kq) qarşılaşmaları keçiriləcək.Dekabrın 5-də sərbəst güləş üzrə yarışda 10 çəki dərəcəsində finalçıların adlarına aydınlıq gələcək. Üçüncü yarış günündə isə əvvəlcə təsəlliverici, daha sonra medal görüşləri təşkil olunacaq.Qeyd edək ki, yarışa dekabrın 6-da yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…